Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Respublikasının Prezidenti 29 oktyabr 2013-cü il tarixində Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi (“SD2”), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (“SCPX”), Trans-Anadolu Boru Kəməri (“TANAP”) və Trans-Adriatik Boru Kəməri (“TAP”) layihələrinin (birlikdə “Layihələr”) səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalamışdır.
Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (“CQD”) yaradılması haqqında sərəncam imzalamışdır. CQD Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılmışdır.
Yuxarıda qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülmüşdür və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir.
CQD-nin adından Layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.
Cənub Qaz Dəhlizi QSC-nin strukturu aşağıdakı kimidir: