ŞAHDƏNİZ
LAYİHƏSİ (SD)
CƏNUBİ QAFQAZ
BORU KƏMƏRİ (SCP)
TRANS ANADOLU
BORU KƏMƏRİ (TANAP)
TRANS ADRİATİK
BORU KƏMƏRİ (TAP)
Şahdəniz layihəsi (SD)

Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) SOCAR və beynəlxalq neft şirkətləri arasında 4 iyun 1996-cı ildə imzalanmışdır. Bu günə qədər Şahdəniz 1 mərhələsi (“SD1”) üzrə 12 quyudan 11-i qazılmışdır. Şahdəniz yatağında hasil edilən təbii qaz sualtı boru kəmərləri vasitəsilə Xəzər dənizinin sahilində və Bakı şəhərinin cənubunda 55 km məsafədə yerləşən Səngəçal terminalına çatdırılır. Daha sonra qazın bir hissəsi Səngəçal terminalının qaz emalı qurğularından boru kəmərləri vasitəsilə Azərbaycanın milli qazpaylayıcı şəbəkəsinə ötürülür, qalan hissəsi isə SCP vasitəsilə ixrac edilir. SD1 layihəsi üzrə ilkin qaz satışları 2006-cı ildə başlamışdır.

Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi və ya Şahdəniz 2 (“SD2”) dünyada ən böyük və mürəkkəb qaz layihələrdən biri və Xəzər dənizində ilk sualtı infrastrukturdur. Sabit (plato) dövrdə, SD2-dən mövcud Şahdəniz hasilatına əlavə olaraq illik 16 milyard kubmetr qaz hasil olunacağı gözlənilir. İşlənmənin birinci mərhələsinin hasilatı ilə birlikdə Şahdəniz yatağından ümumi hasilat illik 26 milyard kub metrədək qaz və gündəlik 120,000 barelədək kondensat olacaqdır. SD2 layihəsi üzrə hasil olunan 6 milyard m3 qaz Türkiyə və 10 milyard m3 qaz Avropa istehlakçılarına təchiz edilir, bu da Avropa ölkələrinin və Türkiyənin davamlı enerji təhlükəsizliyi ilə bağlı strateji maraqlarına xidmət edir.

19 sentyabr 2013-cü il tarixində Şahdəniz Konsorsiumu ilə 9 Avropa şirkəti arasında Qaz Satışı üzrə Sazişlər imzalanmışdır. SD2 layihəsi üzrə Yekun İnvestisiya Qərarı 17 dekabr 2013-cü il tarixində verilmişdir. Türkiyə Respublikasına ilk qaz ixracı 30 iyun 2018-ci il, Avropaya isə 31 dekabr 2020-ci il tarixində başlamışdır.



Şahdəniz layihəsi haqqında ətraflı məlumat alın


Sahə
859.8 km2
İlkin Balans ehtiyyatı
Qaz: 1 trilyon m3-dən artıq (40 trilyon fut3) Kondensat: 2 milyard barel
İlkin qaz ixracı
SD1 Türkiyə, Gürcüstan: 2006 SD2 Türkiyə: 2018 Avropa: 2020
Quyuların sayı
SD1: 12 SD2: 26
Hasilat
SD1 üzrə hasilat gücü Qaz: illik 11 milyard m3-dək Kondensat: gündəlik 60 min barelədək SD2 üzrə hasilat gücü Qaz: illik 16 milyard m3-dək Kondensat: gündəlik 105 min barelədək
Səhmdarlar
BP: 29.99% TPAO: 19% Lukoil: 19.99% NICO: 10% CQD: 16.02% MVM: 5%