ŞAHDƏNİZ
LAYİHƏSİ (SD)
CƏNUBİ QAFQAZ
BORU KƏMƏRİ (SCP)
TRANS ANADOLU
BORU KƏMƏRİ (TANAP)
TRANS ADRİATİK
BORU KƏMƏRİ (TAP)
Trans Adriatik Boru Kəməri (TAP)

TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcəkdir. Təbii qazın Azərbaycan Respublikasından Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaqdır. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökümətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanmışdır. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilmişdir. Boru kəmərinin uzunluğu 878 km təşkil edir. Kommersiya əməliyyatlarına 2020-ci ilin sonunda başlanılmışdır. İlkin nəql qabiliyyəti 10 milyard m3-dir (illik 20 milyard m3-ə kimi artırıla bilər). Keçirilmiş sınaqlar əsasında illik ötürmə qabiliyyəti 11.5 milyard m3 müəyyən edilmişdir.



TAP layihəsi haqqında ətraflı məlumat alın


Borunun diametrı
Diametr: 48 düym (sualtı və İtaliya – 36 düym)
Borunun uzunluğu
Ümumi uzunluq: 878 km Yunanıstan ərazisində: 550 km Albania ərazisində: 215 km Adriatik dənizində: 105 km İtaliya ərazisində: 8 km
Səhmdarlar
BP: 20% CQD: 20% SNAM: 20% FLUXYS: 20% ENAGAS: 20%