Əgər siz bu vebsaytı gözdən keçirməyə və istifadə etməyə davam edəcəksinizsə, siz aşağıda qeyd olunan istifadə qaydaları və şərtlərinə riayət və əməl edəcəyinizə razı olmalısınız. Bu istifadə qaydaları və şərtlər vebsayt ilə bağlı olaraq Cənub Qaz Dəhlizi QSC-nin sizinlə olan münasibətlərinizi tənzimləyir. Əgər siz bu istifadə qaydalarının və şərtlərinin hər hansı bir hissəsi ilə razılaşmırsınızsa, xahiş olunur bizim vebsaytdan istifadə etməyəsiniz.
Vebsaytın səhifələrinin məzmunu yalnız məlumat və istifadəniz üçündür, bu məlumatlar xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Biz və ya hər hansı üçüncü tərəf bu vebsaytda yerləşdirilən və ya təklif olunan məlumatın və materialların düzgünlüyü, vaxtında yerləşdirilməsi, bütövlüyü və/və ya uyğunluğu barədə zəmanət və ya təminat vermirik. Siz bu məlumat və materiallarda xətalar və səhvlər ola biləcəyini və bizim hər hansı belə xəta və səhvlərə görə qanunvericilik çərçivəsində verilmiş həddə məsuliyyətdən azad olduğumuzu qəbul edirsiniz.
Bu vebsaytda olan hər hansı məlumatların və ya materialların istifadəsi ilə bağlı risklər sizin öz üzərinizdədir və buna görə biz məsuliyyət daşımırıq. Bu vebsaytda yerləşdirilən hər hansı məlumatın sizin xüsusi tələblərinizə cavab verəcəyindən əmin olmaq sizin məsuliyyətinizdir.
Bu vebsaytda yerləşdirilən hər hansı yazılı məlumat, sənədlər, o cümlədən bu vebsaytın dizaynı, tərtibatı, görünüşü və grafikləri bizə məxsusdur. Bu vebsaytda dərc olunan bəzi materiallar digər mənbələrdən əldə oluna bilər. Bu materialların bizim xüsusi razılığımız olmadan hər hansı bir formada yenidən dərc olunması və çoxaldılması qadağandır.
Vebsaytın media bölməsində təqdim olunan qrafiklər, təsvirlər, səs və video görüntülər “BP Exploration (Shah Deniz) Limited”, “TANAP Doğalgaz İletim A.Ş.”, “Trans Adriatic Pipeline AG” və digər müvafiq media mənbələrindən götürülmüş informasiyalardan əldə edilmişdir. Bu materiallar mülkiyyətçisinin/sahibinin əvvəlcədən yazılı şəkildə razılığı olmadan hər hansı formada və ya yolla sürəti çıxarıla, yayıla, yenidən dərc edilə, nümayiş etdirilə, elan oluna və ya ötürülə bilməz.
Vaxtaşırı bu vebsaytda digər vebsaytlara keçidlər yerləşdirilə bilər. Bu keçidlər sizin əlavə məlumat əldə etməyiniz üçün nəzərdə tutulub. Bu bizim həmin vebsaytları təsdiqlədiyimiz mənasına gəlmir. Biz keçid verilmiş vebsaytların məzmunlarına görə məsuliyyət daşımırıq.
Siz bu vebsaytın və ya burada keçidi verilmiş başqa hər hansı saytın istifadəsi ilə əlaqədar yaranan və ya yaranması iddia olunan hər hansı zərər və ya ziyana görə bizim birbaşa və ya dolayısı yolla məsuliyyət və ya cavabdehlik daşımayacağımızı qəbul edib, bununla razılaşırsınız.
Biz sizin bu vebsaytı və ya burada keçidi verilmiş hər hansı vebsaytı istifadə etdiyinizə görə və ya burada yerləşdirilən hər hansı materialı yüklədiyinizə görə sizin kompüter qurğularınızı (o cümlədən, vebsayta daxil olmaq üçün istifadə olunan hər hansı digər qurğu), kompüter proqramlarınızı, məlumatlarınızı və ya digər şəxsi materiallarınızı yoluxduran yayılmış viruslar və ya texnoloji cəhətdən digər zərərli materiallar tərəfindən dəyən hər hansı zərər və ya ziyana görə məsuliyyət daşımırıq.
Yurisdiksiya və tətbiq olunan qanunvericilik
Burada qeyd olunan vebsaytın istifadə qaydaları və şərtləri, bununla əlaqəli və ya bunların predmeti ilə və ya forması ilə bağlı yaranan hər hansı mübahisə və ya iddia Azərbaycan Respublikasının qanunlarına əsasən tənzimlənir və şərh olunur. Bizim vebsaytdan istifadə ilə əlaqədar yaranan hər hansı iddia Azərbaycan Respublikası məhkəmələrinin yurisdiksiyası daxilindədir.