ŞAHDƏNİZ
LAYİHƏSİ (SD)
CƏNUBİ QAFQAZ
BORU KƏMƏRİ (SCP)
TRANS ANADOLU
BORU KƏMƏRİ (TANAP)
TRANS ADRİATİK
BORU KƏMƏRİ (TAP)
SOCAR şəhid ailələri və qazilərə sahibkarlığa başlamaq üçün yardım edəcək

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyələşdirdiyi “ProFarms” layihəsi çərçivəsində vətəndaşları məlumatlandırmaq məqsədilə Ağdaş, Ucar və Yevlax rayonlarında 20 kənddə icma görüşləri təşkil olunub.

13 Sentyabr 2021 Xəbərə keçid
"Moody's" CQD-nin reytinq üzrə proqnozunu yüksəldib

"Moody's Investors Service" ("Moody's") şirkəti "Cənub Qaz Dəhlizi" QSC-nin (CQD) xarici valyutada olan təmin edilməmiş üstün reytinqi üzrə uzunmüddətli reytinqini "Ba2" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "müsbətə" yüksəldib.

08 Aprel 2021 Xəbərə keçid
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq.

11 Fevral 2021 Xəbərə keçid
Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırıldı

Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanıldı.

31 Dekabr 2020 Xəbərə keçid
TAP kommersiya əməliyyatlarına başlayır

Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur.

15 Noyabr 2020 Xəbərə keçid
TANAP “İlin layihəsi” beynəlxalq mükafatını alıb

Beynəlxalq enerji əməkdaşlığının ən uğurlu nümunələrindən biri olan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinə Layihə İdarəetmə İnstitutu (PMI - Project Management Institute) tərəfindən “İlin Layihəsi” mükafatı verilmişdir.

Layihə İdarəetmə İnstitutu (PMI) - layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın qabaqcıl assosiasiyasıdır.

PMI-nın “İlin Layihəsi Mükafatı”, layihə idarəetmə təcrübəsi üzrə yüksək səviyyədə icra, mükəmməl təşkilati nəticələri və cəmiyyətə müsbət təsirlərini ən yaxşı tərzdə təqdim edən iri və mürəkkəb layihələrin qiymətləndirilməsini aparır.

Bu sahədə nüfuzlu hesab edilən bu mükafatın alınması, layihə icrası zamanı TANAP tərəfindən keyfiyyətə, həmçinin sosial, iqtisadi və mədəni dəyərlərə ayrılmış xüsusi diqqətin birbaşa nəticəsidir.

Məlum olduğu kimi, ilin sonunadək Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycanın təbii qazı, tarixdə ilk dəfə olaraq, birbaşa xətt üzrə Avropaya çatdırılacaqdır. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu daha da artıracaqdır. Beləliklə, Azərbaycanın ixrac boru kəmərlərinin təhlükəsizliyi Avropa Birliyinin strateji maraqlarının tərkib hissəsidir.

Cənub Qaz Dəhlizi digər ixrac boru kəmərləri ilə birlikdə Azərbaycanın müstəqilliyini möhkəmləndirir, bizim enerji resurslarımızı Xəzər dənizindən dünya bazarlarına çıxarmağa imkan yaradır və bununla Azərbaycanın gələcəkdə Avropa və Asiya arasında enerji daşınmaları və satışı üzrə habına - mərkəzinə çevrilmək potensialını vurğulayır.

21 Oktyabr 2020 Ətraflı oxu
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) tikinti işləri əsasən başa çatmışdır.

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) tikinti işləri 4,5 ildən sonra əsasən başa çatmışdır.

Bu barədə TAP AG konsorsiumu öz rəsmi veb səhifəsində məlumat açıqlamışdır.Qeyd olunur ki, boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul terminalınadək təbii qazla doldurulub.Hazırda TAP konsorsiumu kommersiya əməliyyatlarının başlanması ilə bağlı hazırlıq işlərini tamamlamaq üzrədir.

TAP-ın Apuliya vilayətindəki “Snam Rete Gas” təbii qaz nəqli sistemi ilə birləşməsi üzrə işlərin bu ilin noyabrın ortalarınadək başa çatdırılması və qaz nəqlinə hazır olması gözlənilir.

Xəbərə keçid


13 Oktyabr 2020 Ətraflı oxu
TAP payızda əməliyyatlara hazır olacaq

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Təbii Qaz Boru Kəməri (TAP) bu ilin oktyabr-noyabr ayında yekunlaşacaq.

17 İyul 2020 Xəbərə keçid
TAP layihəsinin 96,4 faizi tamamlanıb.

Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 96,4 faizi yekunlaşıb.

16 İyul 2020 Xəbərə keçid
“SOCAR Turkey” ən böyük ixracatçı mükafatını aldı.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji” Türkiyədə kimya sektorunda 2019-cu il üzrə ən çox ixrac həyata keçirən şirkətlər arasında lider olub

08 İyul 2020 Xəbərə keçid