SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyələşdirdiyi “ProFarms” layihəsi çərçivəsində vətəndaşları məlumatlandırmaq məqsədilə Ağdaş, Ucar və Yevlax rayonlarında 20 kənddə icma görüşləri təşkil olunub.
13 Sentyabr 2021 Xəbərə keçid"Moody's Investors Service" ("Moody's") şirkəti "Cənub Qaz Dəhlizi" QSC-nin (CQD) xarici valyutada olan təmin edilməmiş üstün reytinqi üzrə uzunmüddətli reytinqini "Ba2" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "müsbətə" yüksəldib.
08 Aprel 2021 Xəbərə keçidCənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq.
11 Fevral 2021 Xəbərə keçidBu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanıldı.
31 Dekabr 2020 Xəbərə keçidCənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur.
15 Noyabr 2020 Xəbərə keçidBeynəlxalq enerji əməkdaşlığının ən uğurlu nümunələrindən biri olan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinə Layihə İdarəetmə İnstitutu (PMI - Project Management Institute) tərəfindən “İlin Layihəsi” mükafatı verilmişdir.
Layihə İdarəetmə İnstitutu (PMI) - layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın qabaqcıl assosiasiyasıdır.
PMI-nın “İlin Layihəsi Mükafatı”, layihə idarəetmə təcrübəsi üzrə yüksək səviyyədə icra, mükəmməl təşkilati nəticələri və cəmiyyətə müsbət təsirlərini ən yaxşı tərzdə təqdim edən iri və mürəkkəb layihələrin qiymətləndirilməsini aparır.
Bu sahədə nüfuzlu hesab edilən bu mükafatın alınması, layihə icrası zamanı TANAP tərəfindən keyfiyyətə, həmçinin sosial, iqtisadi və mədəni dəyərlərə ayrılmış xüsusi diqqətin birbaşa nəticəsidir.
Məlum olduğu kimi, ilin sonunadək Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycanın təbii qazı, tarixdə ilk dəfə olaraq, birbaşa xətt üzrə Avropaya çatdırılacaqdır. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu daha da artıracaqdır. Beləliklə, Azərbaycanın ixrac boru kəmərlərinin təhlükəsizliyi Avropa Birliyinin strateji maraqlarının tərkib hissəsidir.
Cənub Qaz Dəhlizi digər ixrac boru kəmərləri ilə birlikdə Azərbaycanın müstəqilliyini möhkəmləndirir, bizim enerji resurslarımızı Xəzər dənizindən dünya bazarlarına çıxarmağa imkan yaradır və bununla Azərbaycanın gələcəkdə Avropa və Asiya arasında enerji daşınmaları və satışı üzrə habına - mərkəzinə çevrilmək potensialını vurğulayır.
21 Oktyabr 2020Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) tikinti işləri 4,5 ildən sonra əsasən başa çatmışdır.
Bu barədə TAP AG konsorsiumu öz rəsmi veb səhifəsində məlumat açıqlamışdır.Qeyd olunur ki, boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul terminalınadək təbii qazla doldurulub.Hazırda TAP konsorsiumu kommersiya əməliyyatlarının başlanması ilə bağlı hazırlıq işlərini tamamlamaq üzrədir.
TAP-ın Apuliya vilayətindəki “Snam Rete Gas” təbii qaz nəqli sistemi ilə birləşməsi üzrə işlərin bu ilin noyabrın ortalarınadək başa çatdırılması və qaz nəqlinə hazır olması gözlənilir.
Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Təbii Qaz Boru Kəməri (TAP) bu ilin oktyabr-noyabr ayında yekunlaşacaq.
17 İyul 2020 Xəbərə keçidAzərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 96,4 faizi yekunlaşıb.
16 İyul 2020 Xəbərə keçidAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji” Türkiyədə kimya sektorunda 2019-cu il üzrə ən çox ixrac həyata keçirən şirkətlər arasında lider olub
08 İyul 2020 Xəbərə keçid