2018-ci ilin PFI qaliblərinin elan edilməsi üçün, 6 fevral 2019-cu il tarixində Böyük Britaniyanın London şəhərində Beynəlxalq Layihə Maliyyələşdirilməsi (PFI) Jurnalının illik qala gecəsi keçirilmişdir.
Məlumat üçün bildiririk ki, PFI qlobal enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı xəbərlər, məlumat və analiz sahəsində aparıcı nəşrdir.
Bu nüfuzlu mükafatın qalibləri arasında 2018-ci ilin sonuna bağlanmış 3.9 mlrd Avro dəyərində olan layihə maliyyələşdirilməsi ilə İlin Avropa Neft və Qaz Sövdələşməsi mükafatını almış Trans Adriatik Boru kəməri (TAP) layihəsi də olmuşdur.
Mükafatlandırma gecəsində kommersiya banklarının, beynəlxalq maliyyə institutlarının (BMİ), layihə şirkətlərinin və sponsorların, o cümlədən Cənub Qaz Dəhlizi QSC-nin (CQD QSC) vəzifəli şəxsləri iştirak etmişlər.3.9 mlrd Avro dəyərində olan TAP layihə maliyyələşdirilməsi 2018-ci ildə Avropa infrastruktur layihələri üçün razılaşdırılmış ən iri layihə maliyyələşdirilməsi olmuşdur.
.
Maliyyələşmə bir sıra kommersiya bankları və BMİ-lər tərəfindən təmin edilmişdir. Maliyyələşmənin bir hissəsi ixrac kredit agentlikləri tərəfindən təmin edilmişdir.
CQD QSC bu maliyyələşmədə Trans Adriatic Pipeline AG (TAP AG) şirkətində sahibi olduğu 20% pay ilə əlaqədar borc üzrə zəmanətçilərdən biri kimi çıxış edir (Azərbaycan Respublikası tərəfindən verilən təkrar zəmanət əsasında), eləcə də TAP AG-yə tələb edilən nizamnamə kapitalını öz payları nisbətində təmin etməyə davam edir.
TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcəkdir. Təbii qazın Azərbaycan Respublikasından Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaqdır. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökümətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanmışdır. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilmişdir. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcəkdir və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir. İlkin nəql qabiliyyəti 10 milyard m3 olacaqdır (illik 20 milyard m3-ə kimi artırıla bilər).
2018-ci ilin sonuna TAP layihəsi üzrə inkişaf 84.1 faiz təşkil etmişdir.
TAP’ın səhmdarları aşağıdakı kimidir: CQD (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) and Axpo (5%).
Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi (SD2) layihəsini həyat keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri (SCPX) və yeni tikilən Trans Anadolu Boru Kəməri (TANAP) və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihələrin investisiya dəyəri təxminən 40 milyard ABŞ dollarıdır. SD2 layihəsi tamamlandıqdan sonra Şahdəniz qaz-kondensat yatağının istismarının birinci mərhələsi (SD1 layihəsi) üzrə illik hasil edilən 10.9 milyard m3 qaza (maksimal hasilat gücü) 16 milyard m3 əlavə ediləcəkdir. Yeni tikilən SCPX, TANAP və TAP boru kəmərlərinin uzunluğu ümumlikdə təqribən 3,200 kilometrdən artıq olacaqdır.
CQD QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər hqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında və səhmlərinin 51%-i Dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir. CQD QSC-nin məqsədi Cənub Qaz Dəhlizi layihələrində Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsidir.
.
"Cənub Qaz Dəhlizi" QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə Trans-Anadolu Boru Kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanmışdır.
Cari ilin 29 iyun tarixində Cənub Qaz Dəhlizi (“CQD”) layihəsinin tərkib hissəsi olan Trans-Anadolu Boru Kəməri (“TANAP”) layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (“MIGA”) zəmanəti ilə 500 milyon ABŞ dolları və 215 milyon avro ilə, ümumilikdə 750 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə (“CQD QSC”) ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanmışdır.
Qeyd olunan kredit müqaviləsinə dair dövlət zəmanəti müqaviləsini Azərbaycan Respublikası adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD QSC-nin Baş direktoru Əfqan İsayev imzalamışdır.
Xatırladaq ki, MIGA 1988-ci ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan beynəlxalq maliyyə-kredit institutudur. Bu qurum investisiyaların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata keçirir. Azərbaycan Respublikası 1992-ci ildə Dünya Bankının, o cümlədən MIGA-nın üzvü olmuşdur.
CQD QSC-nin Baş direktoru Əfqan İsayev CQD layihələrində görülmüş işlər barədə məlumat vermişdir:
“Layihəyə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilmiş və artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşmışdır. Yaxın gələcəkdə Türkiyədən keçməklə, Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulmuş işlər qrafikə uyğun olaraq davam etdirilir.
Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi (“SD2”), habelə Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi (“SCPX”) üzrə ilk kommersiya qazın çatdırılmasına dair işlər 100.0 faiz yerinə yetirilmişdir. Eyni zamanda TANAP-ın inşası üzrə işlərin 94.8 faizi, Trans-Adriatik Boru Kəmərinin (“TAP”) inşası üzrə isə işlərin 74.6 faizi icra edilib.
Tikinti işləri uğurla davam etdirilir. SD2 layihəsi üzrə ümumi kapital xərclər hazırda 22.7 milyard ABŞ dolları (2018-ci ilin may ayının sonuna 17.8 milyard ABŞ dolları xərclənmişdir), SCPX layihəsi üzrə – 4.5 milyard ABŞ dolları (2018-ci ilin may ayının sonuna 4.2 milyard ABŞ dolları xərclənmişdir), TANAP layihəsi üzrə – 8.0 milyard ABŞ dolları (2018-ci ilin may ayının sonuna 5.5 milyard ABŞ dolları xərclənmişdir) və TAP layihəsi üzrə – 4.5 milyard avro (2018-ci ilin may ayının sonuna 3.0 milyard avro xərclənmişdir) məbləğlərində qiymətləndirilir. CQD QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11.4 milyard ABŞ dolları təşkil edir. 2018-ci ilin may ayının sonuna artıq 9.1 milyard ABŞ dolları (təqribən 80%) investisiya edilmişdir.”
Qeyd etmək lazımdır ki, CQD layihəsinin məqsədi SD2 layihəsini həyat keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikilən TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
CQD QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
30 Iyun 2018TANAP Azərbaycan, Türkiyə və digər ölkələrin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Əskişəhər, Türkiyədə işə salındı
Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Türkiyəyə və buradan Avropaya nəql edəcək Trans Anadolu Boru Kəmərinin (TANAP) istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçic, Şimali Kipr xalqının lideri Mustafa Akıncı, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər.
Çıxışlardan sonra, mərasimdə iştirak edən ölkə başçılarının birgə iştirakı ilə simvolik olaraq qazın qəbulu həyata keçirildi və TANAP qazın verilməsi üçün işə salındı.
Xatırladaq ki, TANAP Türkiyə-Gürcüstan sərhədində birbaşa Cənubi Qafqaz Boru Kəməri ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-la birləşəcəkdir. TANAP-la bağlı Azərbaycan və Türkiyə respublikaları arasında Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanmışdır. TANAP layihəsi üzrə Türkiyə Respublikası və TANAP şirkəti arasında “Tranzit Ərazisinə Malik Ölkənin Hökuməti ilə Saziş” və Azərbaycan ilə Türkiyə respublikaları arasında “Hökumətlərarası Saziş” 26 iyun 2012-ci il tarixində imzalanmış və hər iki dövlətin müvafiq hüquqi instansiyaları tərəfindən ratifikasiya olunmuşdur.
TANAP-ın təməlqoyma mərasimi 17 mart 2015-ci il tarixində keçirilmişdir. Hazırda, TANAP layihəsinin səhmdarlarının payı belədir: “Cənub Qaz Dəhlizi” QSC – 51%, SOCAR Turkey Enerji A.Ş. – 7%, “BOTAŞ” – 30% və BP şirkəti – 12%.
TANAP layihəsi üzrə ümumi inkişaf 94.8% təşkil etmişdir, ümumi kapital xərcləri hazırda 8.0 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilir. Layihə üzrə 2018-ci ilin aprel ayının sonuna kimi ümumilikdə 5.4 mlrd. ABŞ dolları artıq xərclənmişdir.
TANAP nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə sahibdir.
Ümumilikdə, boru kəmərinin Gürcüstan/Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1,336 kilometr, Əskişəhər-Türkiyə/Yunanıstan sərhədinə kimi 48 düym diametrli hissəsinin uzunluğu isə 459 kilometrdir. Bundan başqa, TANAP sisteminə Çanaqqala boğazında iki 36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissə də daxildir. Boru kəmərinin ilkin nəql qabiliyyəti illik 16.2 milyard m3 təşkil edir və sonradan bu həcmin illik 30.7 milyard m3-dək artırılması imkanı vardır.
12 Iyun 2018Cənub Qaz Dəhlizini təşkil edən hər bir layihə üzrə görülmüş işlər və “Cənub Qaz Dəhlizi” QSC-nin maliyyələşməsi ilə əlaqədar yeniliklər təqdim edilmişdir
29 may 2018-ci il tarixində keçirilmiş Cənub Qaz Dəhlizi layihəsinin (CQD”) rəsmi açılış mərasiminin davamı olaraq, 30 may 2018-ci il tarixində Bakıda keçirilmiş Beynəlxalq Xəzər Neft və Qaz konfransında Cənub Qaz Dəhlizi QSC-nin (“CQD QSC”) baş direktoru Əfqan İsayev iştirak etmiş və CQD-ni təşkil edən hər bir layihə üzrə görülmüş işlər və CQD QSC-nin maliyyələşməsi ilə əlaqədar yenilikləri təqdim etmişdir.
Şahdəniz 2 layihəsi çərçivəsində ilk qazın hasilatı üzrə ümumi inkişaf 99.0%-dan artıq olmuşdur, Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi layihəsi üzrə - 100.0% (İlk qaz üzrə), TANAP layihəsi üzrə - 94.0% və TAP layihəsi üzrə - 72.9% təşkil etmişdir. Tikinti işləri uğurla davam etdirilir. Şahdəniz 2 layihəsi üzrə ümumi kapital xərcləri hazırda 22.7 mlrd. ABŞ dolları (2018-ci ilin aprel ayının sonuna 17.7 mlrd. ABŞ dolları xərclənmişdir), Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi layihəsi üzrə – 4.5 mlrd. ABŞ dolları (2018-ci ilin aprel ayının sonuna 4.2 mlrd. ABŞ dolları xərclənmişdir), TANAP layihəsi üzrə – 8.0 mlrd. ABŞ dolları (2018-ci ilin aprel ayının sonuna 5.4 mlrd. ABŞ dolları xərclənmişdir) və TAP layihəsi üzrə – 4.5 mlrd. Avro (2018-ci ilin aprel ayının sonuna 2.9 mlrd. Avro xərclənmişdir) qiymətləndirilir.
Əfqan İsayev qeyd etmişdir ki, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı kimi aparıcı beynəlxalq maliyyə institutları CQD QSC-ni layihədə öz öhdəliklərini yerinə yetirmək məqsədilə maliyyə dəstəyi ilə təmin etmişdirlər. CQD-nin dəyər zəncirinə daxil olan layihələrin 2020-ci ilə kimi (daxil olmaqla) maliyyələşdirilməsi üçün tələn olunan vəsaitdən CQD QSC-nin payına 11.5 mlrd. ABŞ dolları düşür. 2018-ci ilin aprel ayının sonuna artıq 9.0 mlrd. ABŞ dolları (78%-dən çox) investisiya edilmişdir. Bu məbləğin təxminən 0.5 mlrd. ABŞ dolları hissəsi 2018-ci ilin əvvəlindən investisiya edilmişdir.
30 aprel 2018-ci il tarixinə kimi, CQD-nin dəyər zəncirinə daxil olan layihələrdə iştirak paylarının maliyyəşdirilməsi üçün CQD QSC aşağıdakı mənbələrdən vəsait cəlb etmişdir:
CQD-nin əsas məqsədi Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (Şahdəniz 2) və daha sonra layihə üzrə hasil olunmuş qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, həmçinin yeni tikilən TANAP və TAP boru kəmərləri vasitəsilə vasitəsilə Türkiyə və Şərqi Avropaya çatdırılmasıdır.
Azərbaycan Respublikasının CQD layihəsində olan iştirak paylarını saxlayan və idarə edən müəssisə CQD QSC-dir. CQD QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılmışdır. CQD QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyətində olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. 30 May 2018Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.
29 May 2018 Xəbərə keçidCənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi 29 may 2018-ci il tarixində Səngəçal terminalında keçirilmişdir
Cənub Qaz Dəhlizi (“CQD”) layihəsinin rəsmi açılış mərasimi bu gün, 29 may 2018-ci il tarixində Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalında baş tutmuşdur.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, simvolik kranı açaraq ilk kommersiya qazının gələn ay Azərbaycan və Gürcüstandan keçərək Türkiyəyə nəqlini nəzərdə tutan CQD dəyər zəncirinin rəsmi açılışını həyata keçirdi.
Cənab prezident layihəyə siyasi və iqtisadi dəstəyinə görə Türkiyə, Gürcüstan, ABŞ, Birləşmiş Krallıq və Avropa Birliyinə, həmçinin, layihənin həyata keçirilməsində layihə iştirakçılarına göstərdiyi maliyyə dəstəyinə görə banklara öz təşəkkürünü bildirdi.
Şahdəniz konsorsiumu adından çıxış edən “BP Group Upstream”in baş icraçısı Bernard Luney layihənin bütün maraqlı tərəflər üçün əhəmiyyətini, eyni zamanda Şahdəniz konsorsiumunun layihəni uğurla həyata keçirdiyini vurğulayaraq, Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası hökumətinin və SOCAR-ın layihəyə davamlı dəstəyini xüsusi olaraq qeyd etmişdir.
CQD layihəsinin əsas məqsədi Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (Şahdəniz 2) və təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, həmçinin yeni tikilən TANAP və TAP boru kəmərləri vasitəsilə Türkiyə və Сənubi Avropaya nəqlini təmin etməkdir. CQD layihəsinin növbəti mərhələsi olan TANAP-ın açılışı 12 iyun 2018-ci il tarixində Türkiyədə Əskişəhərdə baş tutacaqdır.
Azərbaycan Respublikasının CQD layihəsində olan iştirak paylarını saxlayan və idarə edən müəssisə “Cənub Qaz Dəhlizi” QSC-dir (“CQD QSC”). CQD QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılmışdır. CQD QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyətində olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.
29 May 2018Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
15 Fevral 2018 Xəbərə keçidƏfqan İsayev: "Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə indiyədək 8,6 mlrd. dollar yatırıb
17 Yanvar 2018 Xəbərə keçid"Cənub Qaz Dəhlizi" QSC tərəfindən Asiya İnkişaf Bankının zəmanəti ilə Şahdəniz layihəsinin maliyyələşdirilməsi üçün 524.5 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanmışdır
Cari ilin 22 dekabr tarixində “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi (Şahdəniz) layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Asiya İnkişaf Bankı (AİB) zəmanəti ilə 524.5 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə (CQD) ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanmışdır.
Qeyd olunan kredit müqaviləsinə dair zəmanət müqaviləsini Azərbaycan Dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD-nin Baş direktoru Əfqan İsayev imzalamışdır.
Xatırladaq ki, cari ilin may ayında AİB tərəfindən dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları məbləğində birbaşa kredit ayrılmışdır.
1966-cı ildə yaradılan AİB-in 67 ölkə-üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.
CQD-nin Baş direktoru Əfqan İsayev Cənub Qaz Dəhlizi layihələrinin Azərbaycanın uzunmüddətli, uğurlu və dayanaqlı inkişafını təmin edəcəyini bildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat vermişdir: “Artıq Cənub Qaz Dəhlizi layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı (birbaşa kredit vasitəsilə) qismində aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstək göstərilmişdir. Cəmiyyət tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud Şahdəniz 1 və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11.5 milyard ABŞ dolları məbləğində vəsaitdən indiyədək 8.4 milyard ABŞ dolları hissəsi, yəni təqribən 73 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 2.3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98.5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 99.2 faizi yerinə yetirilmişdir, TANAP-ın inşası üzrə işlərin 87.4 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 60.8 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.
Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.
“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
22 Dekabr 2017“Cənub Qaz Dəhlizi” QSC və Avropa Yenidənqurm və İnkişaf Bankı arasında Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsi üçün 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair müqavilə imzalanmışdır.
Cari ilin 20 oktyabr tarixində “Cənub Qaz Dəhlizi” QSC (CQD) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında TANAP layihəsinin maliyyələşdirilməsi üçün 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair müqavilə imzalanmışdır.
Qeyd olunan sazişi CQD-nin Baş direktoru Əfqan İsayev və AYİB-in enerji və təbii sərvətlər bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru xanım Aida Sitdikova, kredit müqaviləsinə dair zəmanət əqdini isə Azərbaycan Dövləti adından maliyyə naziri Samir Şərifov və xanım Aida Sitdikova imzalamışdır.
Qeyd etmək lazımdır ki, daha öncə, 18 oktyabr 2017-ci il tarixində CQD TANAP layihəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurası müsbət qərar qəbul etmişdir.
CQD-nin Baş direktoru Əfqan İsayev Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan qazının qlobal enerji bazarlarına çıxışına xidmət edəcəyini və milli iqtisadiyyatın inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyini bildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat vermişdir: “Artıq Cənub Qaz Dəhlizi layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankı qismində aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstək göstərilmişdir. Cəmiyyət tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud Şahdəniz 1 və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11.8 milyard ABŞ dolları məbləğində vəsaitdən indiyədək 7.8 milyard ABŞ dolları hissəsi, yəni təqribən 66 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 1.9 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 98 faizi yerinə yetirilmişdir, TANAP-ın inşası üzrə işlərin 82 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 53 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.
Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.
“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
20 Oktyabr 2017