“Cənub Qaz Dəhlizi” QSC və Avropa Yenidənqurm və İnkişaf Bankı arasında Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsi üçün 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair müqavilə imzalanmışdır.
Cari ilin 20 oktyabr tarixində “Cənub Qaz Dəhlizi” QSC (CQD) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında TANAP layihəsinin maliyyələşdirilməsi üçün 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair müqavilə imzalanmışdır.
Qeyd olunan sazişi CQD-nin Baş direktoru Əfqan İsayev və AYİB-in enerji və təbii sərvətlər bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru xanım Aida Sitdikova, kredit müqaviləsinə dair zəmanət əqdini isə Azərbaycan Dövləti adından maliyyə naziri Samir Şərifov və xanım Aida Sitdikova imzalamışdır.
Qeyd etmək lazımdır ki, daha öncə, 18 oktyabr 2017-ci il tarixində CQD TANAP layihəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurası müsbət qərar qəbul etmişdir.
CQD-nin Baş direktoru Əfqan İsayev Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan qazının qlobal enerji bazarlarına çıxışına xidmət edəcəyini və milli iqtisadiyyatın inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyini bildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat vermişdir: “Artıq Cənub Qaz Dəhlizi layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankı qismində aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstək göstərilmişdir. Cəmiyyət tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud Şahdəniz 1 və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11.8 milyard ABŞ dolları məbləğində vəsaitdən indiyədək 7.8 milyard ABŞ dolları hissəsi, yəni təqribən 66 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 1.9 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 98 faizi yerinə yetirilmişdir, TANAP-ın inşası üzrə işlərin 82 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 53 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.
Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.
“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
20 Oktyabr 2017Bu ilin avqust ayının sonuna kimi Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsinin seqmenti olan "Şahdəniz 2" layihəsi üzrə 16,4 mlrd. ABŞ dolları məbləğində vəsait xərclənib
13 Oktyabr 2017 Xəbərə keçidAzərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri TAP təhlükəsizliyə təminat olunması baxımından İtaliya və Avropa üçün strateji əhəmiyyət daşıyır.
26 Sentyabr 2017 Xəbərə keçidBu gün “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasından 3 il ötür. Məhz 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirilib.
20 Sentyabr 2017 Xəbərə keçidBu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktoru Əfqan İsayev deyib
19 Sentyabr 2017 Xəbərə keçidAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə “Cənub Qaz Dəhlizi” layihəsini müzakirə edib.
08 Sentyabr 2017 Xəbərə keçidAvropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç Azərbaycanla Avropa Birliyi (AB) arasında əməkdaşlığın perspektivlərindən danışıb.
08 Sentyabr 2017 Xəbərə keçidAzərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin 50 faizdən çoxu icra edilib.
07 Sentyabr 2017 Xəbərə keçidSentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.
06 Sentyabr 2017 Xəbərə keçidÖtən ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən 1 mlrd. ABŞ dolları məbləğində 7%-lik gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, emitent, 144a/RegS tələblərinə uyğun
15 Mart 2017 Xəbərə keçid